Gundelik.az Xəbərlər Sadiq Qurbanov: “Dünyada gedən proseslər kənd təsərrüfatının istehsalına təsirsiz ötüşməyib”
Xəbərlər

Sadiq Qurbanov: “Dünyada gedən proseslər kənd təsərrüfatının istehsalına təsirsiz ötüşməyib”

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı barədə məsələyə münasibət bildirərkən deyib. O, qeyd edib ki,  Prezident sözügedən toplantıda aqrar sahənin inkişafı ilə bağlı çox mühüm istiqamətlərə  toxunub. Şübhəsiz ki, dövlət başçısının bildirdiyi kimi müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, enerji sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoyub. Lakin hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməli və bununla bağlı tədbirlər görməlidir. Aqrar sahə də ümumi inkişaf tendensiyasından kənarda qalmamalıdır.

Gundelik.az

Exit mobile version