Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident 28 May – Müstəqillik Günü ilə əlaqədar saytımıza açıqlamasında deyib. O, bildirib ki, müasir Azərbaycan dövləti 28 may 1918-ci ildə elan edilmiş AXC-nin varisidir. Bu tarixi faktı biz qürurla daşıyırıq.Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri var. Bu ənənələr tarixi şüura söykənir. Qanunvercilik sahəsində qəbul edilmiş qərarlarla biz bu məsələləri hüquq kontekstində dəyərləndirməyə dövlət siyasətinə uyğunlaşdırmağa çalışırıq. Təsadüfi deyil ki, 15 oktyabr 2021-ci il tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilərkən 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Ulu Öndər Heydər Əliyev cümhuriyyət irsinə daima hörmətlə yanaşmış və sistematik olaraq bu irsin təbliği və tədqiqi ilə bağlı qərarlar qəbul edtmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevdə daima bu irsə öz ehtiramını saxlamışdır.
Prezident İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur.”
Gundelik.az

