Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 27 sentyabr anım günü ilə bağlı saytımıza açıqlamasında bildirib. Oqeyd edib ki, ermənilərin dənizdən dənizə illuziyası üzərində qurulan mifoloji arzuları müharibəni qaçılmaz etdi. Rəsmi İrəvan Azərbaycana qarşı uzun illər ərzində düşmənçilik siyasəti aparırdı. Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam edirdi. Ermənilər Azərbaycan ərazisində məskunlaşdıqları dövrdən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar bütün bunlar isə müharibəni şərtləndirdi. Əlbəttdə 27 sentyabr bizim milli qüruru günümüzdür. Məhz bu tarixdən 44 gün ərzində torpaqlarımız azadlığına qoşuldu. Azərbaycan dövlətinin başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev qəhrəman ordumuz və xalqımızın dəstəyi ilə bu qələbəyə nail olduq. Biz xoşbəzt nəslik ki, bu möhtəşəm tarixi hadisələrin şahidi olmuşuq.
Gundelik.az
