Yay aylarında üz və bədənə günəş kremi çəkilsə də, saçlı dəri çox vaxt diqqətdən kənarda qalır. Dermatoloq Dr. Begüm Günəş bildirir ki, saçlar müəyyən qədər fiziki baryer yaratsa da, baş dərisini UV şüalarından tam qoruya bilmir.
Xüsusilə saçları nazik və seyrək olan insanlarda baş dərisi günəşə daha çox məruz qalır. Güclü günəş yanığı baş dərisində iltihaba və bəzi hallarda müvəqqəti saç tökülməsinə səbəb olur. Uzunmüddətli və təkrarlanan UV təsiri isə saç tellərini zədələyərək onları daha quru, mat və kövrək hala gətirir.
Saçın rəngi və sıxlığı qorunmaya təsir edir. Qalın və sıx saçlar baş dərisini daha yaxşı örtür, tünd saçlar isə UV şüalarını açıq rəngli saçlardan daha çox udur. Lakin bunlar tam qorunma təmin etmir. Xüsusilə saç ayrımı, alınla saçın birləşdiyi hissə və seyrəkləşən bölgələr günəşə daha açıq qalır.
Mütəxəssis baş dərisində yeni yaranan, böyüyən və ya görünüşünü dəyişən ləkə və törəmələrə, həmçinin sağalmayan, təkrar qanayan və ya qabıqlanan nahiyələrə diqqət yetirməyi tövsiyə edir.
Baş dərisini necə qorumaq olar?
Saç ayrımı və seyrək bölgələrə SPF 30 və daha yüksək, geniş spektrli günəş kremi tətbiq etmək;
Uzun müddət açıq havada qalarkən geniş kənarlı papaqdan istifadə etmək;
Saçlı dərini, üz, qulaq və boyunla birlikdə günəşdən qorumaq;
Evdə saçları hissə-hissə ayıraraq baş dərisini nəzərdən keçirmək.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

