Gundelik.az İdman “Sabah” bu gün Finlandiyanın “KuPS” komandası ilə qarşılaşacaq
İdman Xəbərlər

“Sabah” bu gün Finlandiyanın “KuPS” komandası ilə qarşılaşacaq

“Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq.

Gundelik.az-ın məlumatına görə, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv turnirin II təsnifat mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi “KuPS”u qəbul edəcək.

Qarşılaşma “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək.

Görüşün baş hakimi polşalı FIFA referisi Lukaş Kujma olacaq.

Xatıradaq ki, cütün qalibi növbəti raundda “Orxus” (Danimarka) – “Lex” (Polşa) duelinin güclüsü ilə üz-üzə gələcək.

Exit mobile version