Türkiyənin ABŞ istehsalı olan “Patriot” sistemlərini əldə edə bilməməsindən sonra Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması illərdir müzakirə mövzusudur. Bu alışdan sonra Ankara tərəfdaş olduğu F-35 proqramından çıxarıldı və təyyarə tədarükü dayandırıldı. S-400 lərin işə salınmayacağı və ya istismardan çıxarılacağı gözləntiləri bəzən iki ölkə arasında gərginliyə səbəb olub.
Türkiyənin aldığı, lakin hələlik isdifadəyə vermədiyi S-400 hava hücumundan müdafiə sistemlərinin Somaliyə göndəriləcəyi ilə bağlı iddialar son zamanlarda ictimai müzakirə mövzusuna çevrilib. Sosial mediada yayılan paylaşmalardan sonra Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Milli Müdafiə Nazirliyi də həftəlik brifinqdə bu məsələ ilə bağlı açıqlama verib. Bəyanatda Somaliyə dair iddiaların planlara daxil edilmədiyi bildirilib. Milli Müdafiə Nazirliyinin açıqlaması belə olub:
“Somali ilə ölkəmiz arasında imzalanan müqavilələr çərçivəsində Somali Silahlı Qüvvələrinin təşkilini və terrorizmə qarşı mübarizəsini dəstəkləmək, Somalinin iqtisadi sərvətlərinin təhlükəsizliyini qorumaq və ölkəmizin milli maraqlarını qorumaq məqsədi daşıyan fəaliyyətimiz qətiyyətlə davam etdirilir. Daha əvvəl elan etdiyimiz kimi , S-400 hava hücumundan müdafiə sistemləri Türkiyə Silahlı Qüvvələrinin əməliyyat ehtiyaclarına uyğun olaraq əldə edilib və xidmətə hazırdır. Somalidə S-400 hava hücumundan müdafiə sistemlərindən istifadə etmək planı yoxdur.
Bəzi media orqanları və sosial media platformaları S-400-lər ilə bağlı fərziyyələr irəli sürür. Rəsmi açıqlamalarımızdan başqa iddia və şərhlərin ciddiyə alınmaması vacibdir.”
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: Halk tv
Gundelik.az
