Gundelik.az Xəbərlər Kateqoriya seçilməyən Şərurda yolları təmir edəcək şirkətə 6,1 milyon manat ödənildi
Kateqoriya seçilməyən Ölkə Xəbərlər

Şərurda yolları təmir edəcək şirkətə 6,1 milyon manat ödənildi

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yollar əsaslı təmirinə sərf olunacaq vəsait məlum olub.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, görüləcək işlər çərçivəsində Şərur şəhərdaxili avtomobil yolları və Çomaxtur kənd avtomobil yolu əsaslı təmir olunacaq.

Belə ki, artıq bunula bağlı Şərur Rayon İcra Hakimiyyətində (RİH) müvafiq işlərə yekun vurulub.

RİH sözügedən işləri “Naxçıvan Yol Təmir Tikinti İstismar” MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 6,1 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu “Naxçıvan Yol Təmir Tikinti İstismar” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1400 manat olan şirkətin qanuni təmsilçisi Muxtarov Cəfər Məhərrəm oğludur.

Gundelik.az

Exit mobile version