Şəmkir şəhərində avtomobil yollarının təmiri işlərinə başlanılır.
Gundelik.az xəbər verir ki, bununla əlaqədar Şəmkir Rayon İcra Hakimiyyəti hazırlıq işlərini yekunlaşdırıb.
Belə ki, qurumun elan etdiyi tendering qalibi “Gəncə Körpü Tikinti-2” şirkəti olub.
Yolların təmiri işləri 1,5 milyon manata başa gələcək.
