Gundelik.az Hadisə Şəmkirdə 11 nəfərin qidadan zəhərləndiyi ehtimal olunur
Hadisə Xəbərlər

Şəmkirdə 11 nəfərin qidadan zəhərləndiyi ehtimal olunur

Ötən gün zəhərlənmə şübhəsi ilə doqquz qadın, iki kişi Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Gundelik.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentlərə zəruri ilkin tibbi yardım göstərilib.

Hər birinin vəziyyəti qənaətbəxş qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb.

Exit mobile version