Gundelik.az Ölkə Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır
Ölkə Xəbərlər

Dövlətə 8 milyon manat borcu olan inşaat şirkəti auditdən yayınır

“Yüksək İnşaat Layihə” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə edilib.

Gundelik.az Yurd.Media-ya istinadən xəbər verir ki, şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.

Nəticədə MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, 2020-ci ildən fəaliyyət göstərən “Yüksək İnşaat Layihə” şirkətinin hazırda dövlətə 8 milyon manat vergi borcu yığılıb. Nizamnamə kapitalı cəmi 4 manat təşkil edən MMC-nin rəhbəri Vüsalə Qasımovadır.

Exit mobile version