İranın ali lideri Ayətullah Müctəba Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti bildirib ki, Hörmüz boğazı İrana məxsusdur və heç bir dünya dövləti onu İranın suverenliyindən ala bilməz.
İran dövlət televiziyasının yaydığı məlumata görə, Vilayəti ABŞ-ın diqqət mərkəzində olan Hörmüz boğazının İrana məxsus olduğunu bildirib.
Vilayəti deyib:
“Hörmüz boğazı İrana məxsusdur və dünyada heç bir güc onu İranın suverenliyindən ala bilməz. Bu boğaz 40 günlük müharibənin mühüm nailiyyəti kimi, Ali Rəhbər Ayətullah Seyyid Müctəba Xameneinin cəsarətli və müdrik göstərişi ilə İranın suverenliyi altına keçib.”
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

