Gundelik.az Mədəniyyət və cəmiyyət Səhnədə böyüyən bir ruhun hekayəsi-Məryəm Oruclu
Mədəniyyət və cəmiyyət Müsahibə Xəbərlər

Səhnədə böyüyən bir ruhun hekayəsi-Məryəm Oruclu

İstedadlı yeniyetmələr cəmiyyətin sabahına işıq tutan, düşüncələri və bacarıqları ilə gələcəyə ümid verən gənc simalardır. Onların hər bir addımı axtarış, hər bir uğuru isə zəhmət və inamın nəticəsidir. Bu gənclər arasında öz duruşu, məsuliyyəti və səhnə mədəniyyəti ilə seçilən istedadlardan biri də Məryəm Orucludur. O, gənc yaşına baxmayaraq, peşəkarlığa doğru inamla irəliləyən, istedadını əzmkarlıqla inkişaf etdirən nümunəvi yeniyetmələrdəndir. Məryəm Oruclu sübut edir ki, düzgün istiqamət və zəhmət olduqda istedad mütləq öz sözünü deyir. 

Məryəm  Oruclu  “Hasanzadeh Events Group” ilə əməkdaşlıq edən gənc və perspektivli aparıcılardandır. Bu qurumla çalışmaq onun üçün sadəcə səhnədə iştirak demək deyil, eyni zamanda peşəkar formalaşma, məsuliyyət və etimad anlamı daşıyır.

Hazırda Məryəm “Hasanzadeh Events Group”un rəsmi siması və aparıcısı kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, bu status ona tədbirlərin idarə olunması, səhnə mədəniyyəti, aparıcılıq bacarığı və kütlə ilə düzgün ünsiyyət qurmaq baxımından geniş imkanlar yaradıb. Hər bir tədbirdə şirkətin dəyərlərini, peşəkarlığını və yüksək təşkilatçılıq səviyyəsini səhnədə layiqincə təmsil edir.

Məryəm bu qrup çərçivəsində keçirilən uşaq və gənclərə yönəlmiş çoxsaylı layihələrdə aparıcı və sima kimi iştirak edib. O, gənc iştirakçıların səhnəyə ilk addımlarında onların yanında olmağı, ruhlandırmağı və özünə inam qazanmalarına dəstək verməyi xüsusi önəmli hesab edir. Şirkətin əsas məqsədlərindən biri olan sağlam, mədəni və peşəkar gənc nəslin formalaşmasına töhfə vermək Məryəmin fəaliyyət prinsipləri ilə tam üst-üstə düşür.

Bu əməkdaşlıq Məryəm Oruclunun sənət yolunda mühüm mərhələdir. “Hasanzadeh Events Group”   ona yalnız səhnə təcrübəsi deyil, eyni zamanda məsuliyyətli davranış, intizam, vaxtın düzgün idarə olunması və komandada işləmək bacarığı qazandırıb. Tədbirlərin hər detalına peşəkar yanaşma, səhnə arxasında görülən böyük əməyin fərqində olmaq və bunu səhnədə düzgün təqdim etmək bu əməkdaşlığın ona bəxş etdiyi ən dəyərli təcrübələrdəndir.

Məryəm vurğulayır ki, “Hasanzadeh Events Group” onun üçün sadəcə bir təşkilat deyil, gənclərin inkişafına, istedadların üzə çıxmasına və peşəkar səhnə mədəniyyətinin formalaşmasına xidmət edən bir məktəbdir. Bu qurumla əməkdaşlıq etmək onun üçün böyük qürur olmaqla yanaşı, gələcək fəaliyyəti üçün də möhkəm bünövrədir.

Bu gün də “Məryəm Hasanzadeh Events Group” ilə fəaliyyətini davam etdirir, təşkilatın layihələrində fəal iştirak edir və ona göstərilən etimadı hər zaman yüksək səviyyədə doğrultmağa çalışır.

Uşaqlıq yaşlarından səhnə və kamera ilə tanış olmağın həyat yoluna hansı izləri saldı? Bu erkən təmas sənin dünyagörüşünü və özünü ifadə tərzini necə formalaşdırdı? 

-Mǝnim hǝyatımda sǝhnǝ çox erkǝn yaşlardan xüsusi yer tutub. Uşaq yaşlarımdan sǝnǝt vǝ sǝhnǝ ilǝ tanış olmağım mǝnǝ yalnız uğur deyil, eyni zamanda böyük hǝyat dǝrslǝri qazandırıb. Bu yol mǝnǝ özümǝ inanmağı, insanlar qarşısında rahat dayanmağı, mǝsuliyyǝt daşımağı vǝ hǝr addımımın arxasında zǝhmǝtin dayandığını öyrǝdib. Sǝhnǝ mǝnim üçün sadǝcǝ çıxış etdiyim bir mǝkan deyil, xarakterimi formalaşdıran, mǝni güclǝndirǝn vǝ gǝlǝcǝyǝ hazırlayan bir mǝktǝbdir.

Sənin üçün uğur anlayışı nə ifadə edir: əldə edilən sevincmi, yoxsa insanın çiyinlərinə düşən daha böyük məsuliyyətmi?

 –Uğur anlayışı mǝnim üçün yalnız mükafat vǝ ya birinci yer demǝk deyil. Uğur qazandığım anlarda tǝbii ki, böyük sevinc hissi keçirirǝm, çünki zǝhmǝtimin qarşılığını görürǝm. Amma bu sevincin arxasınca hǝmişǝ daha böyük mǝsuliyyǝt gǝlir. Mǝn anlayıram ki, hǝr uğurdan sonra mǝndǝn gözlǝntilǝr artır vǝ bu, mǝni daha diqqǝtli, daha çalışqan vǝ daha mǝsuliyyǝtli olmağa sövq edir. Uğuru heç vaxt yolun sonu kimi görmürǝm, ǝksinǝ, yeni bir başlanğıc hesab edirǝm.

 “Hasanzadeh Events Group”-un layihə və tədbirlərində sima olaraq yer almaq səndən təkcə peşəkarlıq deyil, hansı daxili davranış və mənəvi məsuliyyəti tələb edir?

 -Uşaq tǝdbirlǝrinin siması olmaq mǝnim üçün böyük qürurla yanaşı, ciddi öhdǝliklǝr dǝ yaradır. Bu ad mǝnim hǝr zaman mǝdǝn” davranmağımı, düzgün ünsiyyǝt qurmağımı vǝ nümunǝvə duruş sǝrgilǝmǝyəmi tǝlǝb edir. Çünki mǝni izlǝyǝn, mǝnǝ baxıb örnǝk götürǝn çoxlu uşaqlar var. Mǝn hǝr zaman düşünürǝm ki, tǝkcǝ sǝhnǝdǝ deyil, gündǝlik hǝyatda da düzgün dǝyǝrlǝri tǝmsil etmǝləyǝm.

Yaşının az olmasına baxmayaraq kifayət qədər aktiv və çoxşaxəli bir həyat sürürsən. Bu temp bəzən səni yorar, yoxsa əksinə, sənə daha çox güc və motivasiya verər?  

-Yaşıma baxmayaraq hǝyatım olduqca aktiv keçir. Mǝşqlǝr, dǝrslǝr, çǝkilişlǝr, tǝdbirlǝr vǝ sǝhnǝ çıxışları bǝzǝn fiziki vǝ mǝnǝvi yorğunluq yaradır. Bunu gizlǝtmirǝm – bǝzǝn yorulduğum anlar olur. Amma sevdiyim sahǝdǝ fǝaliyyǝt göstǝrdiyim üçün bu yorğunluq mǝni dayandırmır. Əksinǝ, mǝqsǝdlǝrimi xatırladıqca daha da güclǝn”rǝm vǝ yoluma davam etmǝk üçün yeni enerji tapıram.

Sosial və ictimai fəaliyyətlərdə iştirak sənin üçün nə deməkdir? Bu proses sənə hansı yeni düşüncələr, bacarıqlar və həyat dərsləri qazandırır?

 –Sosial fǝaliyyǝtlǝrdǝ iştirak etmǝyi dǝ özüm üçün çox vacib hesab edirǝm. Mǝncǝ, insan yalnız şǝxsi uğurları ilǝ deyil, cǝmiyyǝtǝ verdiyi fayda ilǝ dǝ dǝyǝr qazanır. Sosial layihǝlǝrdǝ iştirak etmǝk insanı daha hǝssas, daha anlayışlı vǝ daha mǝsuliyyǝtli edir. Sǝnǝtlǝ mǝşğul olan bir insanın cǝmiyyǝt qarşısında da mǝnǝvi mǝsuliyyǝti olduğunu düşünürǝm vǝ bu mǝsuliyyǝti daşımağa çalışıram.

Səncə sənətdə – xüsusilə səhnədə olmaq və orada qalmağı bacarmaq üçün hansı daha həlledicidir: Tanrı vergisi olan istedad, yoxsa zamanla yoğrulan zəhmət və intizam?

-Sǝhnǝdǝ uğurlu olmaq üçün istedadın önǝmli olduğunu düşünürǝm, amma zǝhmǝt olmadan istedad özünü tam göstǝrǝ bilmǝz. İstedad insana başlanğıc verir, amma zǝhmǝt onu inkişaf etdirir vǝ zirvǝyǝ aparır. Davamlı çalışmaq, öz üzǝrindǝ işlǝmǝk vǝ intizamlı olmaq sǝnǝtdǝ qalıcı uğurun ǝsas şǝrtidir. Mǝn zǝhmǝtsiz ǝldǝ olunan uğurun uzunömürlü olmadığına inanıram.

Uzun və davamlı uğur yolunu seçmək istəyən yaşıdlarına nə demək istərdin? Onlara həyatın çətin yollarında yol göstərəcək hansı dəyərli dərsləri və hikmətləri paylaşardın?”

-Sonda mǝnim kimi uğur qazanmaq istǝyǝn yaşıdlarıma demǝk istǝdiyim ǝsas fikir budur: özünüzǝ “nanın, sǝbirli  olun vǝ heç vaxt mǝqsǝdlǝrinizdǝn vaz keçmǝyin. Çǝtinliklǝr hǝr zaman olacaq, amma insan ǝzm vǝ inamla yoluna davam edǝrsǝ, gec-tez zǝhmǝtinin bǝhrǝsini görǝcǝk. Mǝn öz yolumda buna inanıram vǝ bu inamla da irǝlilǝyərǝm.

                

Gundelik.az

Exit mobile version