Rusiya Prezidenti Vladimir Putinə rusiyalıların 77,8 faizi etimad göstərir. Bu göstərici əvvəlki 79 faizlə müqayisədə bir qədər azalıb.
Gundelik.az xəbər verir ki, bu barədə məlumat VTsIOM analitik mərkəzinin saytında dərc olunub.
Sorğu oktyabrın 3-dən 5-dək Rusiyanın 51 regionunda, 97 şəhər və kənddə aparılıb. Son sosioloji göstəricilərə görə, rusiyalıların 74,5 faizi Putinin fəaliyyətini bəyənir, 15,6 faizi isə onun işini mənfi qiymətləndirib. Vətəndaşların 17,1 faizi prezidentə etimadsızlıq ifadə edib, ona güvənənlərin payı isə 77,8 faiz təşkil edir.
VTsIOM oktyabrın 13-dən 19-dək 18 yaşdan yuxarı 1 600 rusiyalı arasında mobil nömrələrin təsadüfi nümunəsindən istifadə edərək telefon müsahibəsi aparıb.
Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl bildirmişdi ki, rusların prezidentə inamı yüksək olaraq qalır. Onun sözlərinə görə, bu göstərici Putinin fəaliyyətinin ictimaiyyət tərəfindən bəyənildiyini əks etdirir və çətinliklərə baxmayaraq, vətəndaşların prezidentin işinin nəticələrini yaşadığını göstərir.
Gundelik.az
