İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Ruslar BMT-nin maşınlarını vurdu

Oktyabrın 14-də səhər saatlarında Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətində BMT-nin humanitar yardım maşınlarına hücum edib.

Gundelik.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin açıqlayıb.

“Bu gün səhər saatlarında Belozersk icmasında Rusiya qüvvələri BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinə məxsus yük maşınlarını pilotsuz təyyarələrdən və artilleriyadan atəşə tutub. Xüsusi nişanları olan dörd ağ maşın hərbi texnika deyil, humanitar yardım aparan maşınlardır”, – Prokudin “Telegram”da yazıb.

Onun sözlərinə görə, avtomobillərdən biri yanıb, digərinə isə ciddi ziyan dəyib: “Digər ikisi hücumlardan xilas ola bilib. Möcüzə nəticəsində heç kim xəsarət almayıb”./unikal

Gundelik.az