Gundelik.az Xəbərlər İqtisadiyyat Rusiyanın buğda ixracı azala bilər
Dünya İqtisadiyyat Xəbərlər

Rusiyanın buğda ixracı azala bilər

İyulda Rusiyanın buğda ixracı 2 milyon tona düşə bilər.

Gundelik.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Analitiklər ixracın həcminin azalmasının əsas səbəblərindən biri kimi Rusiya Federasiyasının cənub bölgələrindəki quraqlığı qeyd edirlər. Xüsusilə bunu “AIC Reksoft Consulting”dəki Kompetensiya Mərkəzinin idarəedici direktoru Dmitri Krasnov deyir. O, Rusiyanın cənub bölgələrində anomal istilərin və quraqlığın hökm sürdüyünü qeyd edib. Bildirib ki, bu, taxılın məhsuldarlığına və keyfiyyətinə mənfi təsir göstərib.

“Əgər əvvəllər Krasnodar diyarının şimal zonasındakı bəzi təsərrüfatlarda fermerlər hər hektardan 70-80 sentner məhsul yığırdılarsa, indi 20 sentneri çətinliklə yıxırlar”, – deyə Krasnov nəşrə izah edib.

Bundan əvvəl Kalininqrad vilayətinin qubernatoru Aleksey Besprozvannıx cari ilin sonuna qədər regionda yetişdirilən taxılın ixracına sıfır ixrac rüsumunun tətbiq ediləcəyini bildirmişdi.

Daha əvvəl isĕ Rusiya buğda ixracında qlobal liderliyini qoruyub saxlamağa ümid etdiyini qeyd edib.

Gundelik.az 

Exit mobile version