Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.
Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin məlumatında deyilir.
Bildirilib ki, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.
xxx
09:10
Ağdərədə mina partlayışı olub.
Gundelik.az xəbər verir ki, hadisə Ağdərə rayonu ərazisində qeydə alınıb.
Belə ki, Şıxarx qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir. (Trend)
Gundelik.az

