İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

Rusiyanın beynəlxalq ehtiyatları bir həftədə 11,2 milyard dollar AZALDI

Rusiya Bankının məlumatına görə, ölkənin beynəlxalq ehtiyatları 2025-ci il oktyabrın 24-nə 731,2 milyard dollar təşkil edib. Bu, bir həftə əvvəl – oktyabrın 17-də qeydə alınmış 742,4 milyard dollarlıq göstəricidən 11,2 milyard dollar azdır.

Bu barədə Gundelik.az Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata əsasən, beynəlxalq ehtiyatlar Rusiya Bankı və hökuməti tərəfindən saxlanılan yüksək likvidli maliyyə aktivləridir. Onların tərkibinə xarici valyuta aktivləri, monetar qızıl, Beynəlxalq Valyuta Fondunun (BVF) xüsusi borcalma hüquqları (SDR), BVF-dəki ehtiyat mövqeyi və digər ehtiyat aktivləri daxildir.

Gundelik.az