Rusiya Şərq Hərbi Dairəsinin (SMD) hərbçiləri beynəlxalq terrorizmlə mübarizəyə yönəlmiş ilk Rusiya-Şri-Lanka hərbi təlimlərində iştirak edəcəklər
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
“Bu təlimlər ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişafında mühüm addımdır. Birgə təlimlər təkcə təcrübə mübadiləsinə deyil, həm də terrorizm kimi qlobal təhlükələrə qarşı mübarizədə ümumi yanaşmaların işlənib hazırlanmasına imkan verəcək”, – məlumatda bildirilib.
Qeyd olunub ki, bir gün əvvəl Şri-Lankada planlaşdırma konfransı keçirilib. Bu konfransda Şərqi Hərbi Dairə və Şri-Lanka Quru Qoşunlarının nümayəndələri terrorizmlə mübarizə sahəsində taktiki təcrübə, əməliyyat inkişafı və təcrübə mübadiləsi aparıblar.
Təlimlər zamanı hər iki ölkənin hərbi qulluqçuları cəngəllik və şəhər şəraitində döyüş əməliyyatları zamanı ahəngdarlığın və səhra hazırlığının təkmilləşdirilməsi məqsədilə simulyasiya edilmiş terror qruplaşmalarına qarşı döyüş zamanı komanda-idarəetmə üsullarını məşq edəcək, bölmələr arasında qarşılıqlı əlaqəni təşkil edəcəklər.
Təlimin hansı ölkədə və nə vaxt keçiriləcəyi hələ dəqiqləşdirilməyib.
Gundelik.az
