“Qazprom Ermənistan” Rusiyadan qaz tədarükünün 10 günlük dayandırılacağı barədə məlumat verib.
Gundelik.az “NEWS.am”a istinadən xəbər verir ki, təbii qazın tədarükü “Şimali Qafqaz – Zaqafqaziya” magistral qaz kəmərindəki planlı təmir işləri ilə əlaqədar sentyabrın 15-dən 25-dək müvəqqəti olaraq dayandırılacaq.
Şirkətdən bildirilib ki, göstərilən dövrdə istehlakçıların fasiləsiz qaz təchizatı daxili ehtiyatlar və İrandan tədarük edilən əlavə təbii qaz həcmləri hesabına həyata keçiriləcək.
