Sentyabr 14, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Allahşükür Paşazadə şəriətdə süni intellekt məsələsinə münasibət bildirib

“Şəriətdə süni intellekt məsələsinə xüsusi önəm vermək vacibdir”.

Gundelik.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.

O qeyd edib ki, süni intellektlə bağlı məsələlərin müzakirəsi üçün müftilərin xüsusi görüşü keçirilməlidir.

“Dindarlar bu mövzuda bizim fikirlərimizi gözləyirlər”, – deyə Allahşükür Paşazadə bildirib.