Rusiya nümayəndə heyəti mayın 15-də Ukrayna tərəfi ilə danışıqlar aparmaq üçün İstanbula gedib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, Rusiya xüsusi uçuş eskadrilyasının İl-62M təyyarəsi İstanbul hava limanına eniş edib.
Nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edib.
Mayın 14-də axşam Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətinin tərkibini formalaşdırıb. Moskvadan Türkiyəyə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Federasiyası müdafiə nazirinin müavini Aleksandr Fomin və Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov da gediblər.
Ukrayna tərəfdən danışıqlarda prezident aparatının rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov, xarici işlər naziri Andriy Sıbiha və dövlət başçısının müşaviri İqor Jovkva iştirak edəcək.
Gundelik.az

