ABŞ Xarici İşlər Nazirliyi Siyasi və Hərbi Məsələlər Bürosu Türkiyəyə 300 milyon dollar dəyərində orta və qısa mənzilli raketlərin satışına icazə verildiyini açıqlayıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Açıqlamada, qabaqcıl orta və qısa mənzilli raketlər üçün əlaqədar logistika və proqram dəstək elementlərinin təqdim ediləcəyi bildirilib.
Qeyd olunub ki, satışla bağlı Konqresə də məlumat verilib.
“Bu satış Avropada siyasi və iqtisadi sabitlik üçün güc olmağa davam edən bir addımdır”, – bəyanatda deyilir.
ABŞ Müdafiə Nazirliyinin açıqlaması da bu satışın Türkiyəyə kritik hava hücumundan müdafiə qabiliyyəti təmin edəcəyini bildirib. Məlumata görə, sözügedən raketlər müxtəlif hava missiyalarında, xüsusilə F-16-larla birlikdə istifadə edilə bilər.
Gundelik.az

