iqamətgahına Ukrayna tərəfindən göndərildiyi iddia edilən dronun vurulmasına dair video yayıb, lakin Kiyev bu iddianı rədd edib.
ABŞ Prezidenti Donald Tramp isə Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına Ukrayna tərəfindən hücum edildiyi iddialarını müharibə davam edərkən rədd edib və bildirib ki, o bu zərbənin baş verdiyinə inanmır, əvvəlcə isə Kremlin təqdim etdiyi məlumatı olduğu kimi qəbul edib.
Bazar günü axşamı Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlama verərək bildirib ki, həmin vaxt heç kim bilmirdi ki, iddia edilən hadisə həqiqətən baş verib. O əlavə edib ki, Putinin iqamətgahı yaxınlığında müəyyən bir hadisə olub, lakin ABŞ rəsmiləri sübutları nəzərdən keçirdikdən sonra Ukraynanın hədəf götürdüyünə inanmayıblar.
Ukrayna dərhal öz iştirakını rədd edərək Rusiyanı sülh danışıqlarını zəiflətmək üçün “saxta əməliyyat” aparmaqda ittiham edib. Moskva isə hadisənin sülh danışıqlarındakı mövqeyini daha da sərtləşdirəcəyini açıqlayıb.
Hücum xəbərləri keçən həftə Rusiya Müdafiə Nazirliyinin Putinin Novqorod bölgəsindəki iqamətgahına Ukrayna tərəfindən göndərildiyi iddia edilən dronun vurulmasına dair video yayımlamasından sonra ortaya çıxıb.
Mənbə: Al Jazeera
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az

