Kremlin sözçüsü Dmitri Peskov Kiyevin nümayiş etdirdiyi mövqenin Ukrayna böhranının sülh yolu ilə həlli ehtimalını zəiflətdiyini bildirib.
Peskov Moskvada jurnalistlərə açıqlamasında deyib ki, hazırda Kiyevin yanaşmasına görə münaqişənin sülh yolu ilə həlli ilə bağlı nikbin olmaq üçün əsas yoxdur. O, cəbhədə vəziyyətin məlum olduğunu və Rusiyanın Ukraynada hərbi əməliyyatlarının davam etdiyini qeyd edib.
Kremlin sözçüsü Ukraynaya dəstək verməkdən yorulan ölkələrin olduğunu, lakin bunun şişirdilməməli olduğunu bildirib. Onun sözlərinə görə, Avropada müharibəyə cəlb olunmasını artıran ölkələr də var. Peskov bu baxımdan xüsusilə Böyük Britaniyanı nümunə göstərərək, onun digər Avropa ölkələrini müharibəni davam etdirməyə təşviq etdiyini iddia edib.
Peskov böhranın həllinə kömək etməyə çalışan ölkələrə minnətdar olduqlarını, lakin belə ölkələrin sayının az olduğunu deyib.
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Jared Kuşnerin Rusiyaya səfər ehtimalına da toxunan Peskov bu barədə konkret məlumat və tarix olmadığını bildirib.
Peskov həmçinin Rusiya Prezidenti Vladimir Putinin Sankt-Peterburqda konsert verməyi planlaşdıran ABŞ-li məşhur rep ifaçısı Kanye Uestlə görüşməyi planlaşdırmadığını açıqlayıb.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
