İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Rusiya İstanbula aşağı səviyyəli nümayəndə heyəti göndərib

NATO-nun Baş katibi Mark Rütte İstanbulda Rusiya-Ukrayna danışıqlarında Moskvanın göndərdiyi heyətin tərkibindən narazıdır.

Gundelik.az xəbər verir ki, o, bunu Antalyada NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekununa dair mətbuat konfransında bildirib.

“Rusiya aşağı səviyyəli nümayəndə heyəti göndərib”, – o deyib.

Qeyd edək ki, Rusiya-Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir.

Gundelik.az