İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

“Reuters”: İran və ABŞ nümayəndə heyətləri bu həftə yenidən Pakistanda görüşə bilər

ABŞ və İran nümayəndə heyətləri danışıqlar aparmaq üçün bu həftə yenidən İslamabad şəhərinə qayıda bilər.

Gundelik.az xəbər verir ki, bu barədə “Reuters“ bu gün dörd mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, bu, 1979-cu il İslam İnqilabından bəri iki ölkə arasında ən yüksək səviyyəli danışıqların Pakistan paytaxtında nəticəsiz başa çatmasından bir neçə gün sonraya təsadüf edir.