İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: “Müsəlmanlar olaraq sülh mühitini birlikdə quracağıq”

Prezident Ərdoğan bildirib: “İnşallah uzaq olmayan bir zamanda coğrafiyamızda çiçəklərin açdığı, üzlərin güldüyü, qəlblərin huzurla dolub-daşdığı o sülh mühitini müsəlmanlar olaraq hamımız birlikdə quracağıq.”

Prezident Ərdoğan “Qurani-Kərimi Gözəl Oxuma Yarışması”nın mükafatlandırma mərasimində iştirakçılara müraciət edib.

Onun çıxışından əsas məqamlar:

Müəllimlərimizə, hafizlərimizə, proqramı təşkil edən qardaşlarımıza və siz dəyərli qonaqlara təşəkkür edirəm. Artıq yola salmaqda olduğumuz Ramazan ayınızı ayrı-ayrılıqda təbrik edirəm.

Bu mübarək gecənin həm millətimizə, həm də İslam aləminə xeyir gətirməsini arzu edirəm. Qəzzədəki məzlumlar başda olmaqla Ramazanı və Qədr gecəsini çətin şəraitdə keçirən qardaşlarıma ən güclü həmrəylik mesajlarımı çatdırıram.

Fələstində, Livanda, Sudanda, Somalidə, Yəməndə, Arakanda — qəlbimizin döyündüyü, əlimizin uzandığı hər yerdə məzlumların, məsumların, kimsəsizlərin, yetimlərin yanında olmağa davam edəcəyik.

Allah yardımçımız olsun. Yenə sizin vasitənizlə ölkəmizin 81 vilayətində və dünyanın dörd bir yanında Allahın kəlamını ucaldan, özünü bu yola həsr edən, elmi, əxlaqı və əməli ilə ümmətə xidmət edən bütün müəllimlərimizə təşəkkür edirəm. Həyatını yaxşılığı əmr edib pislikdən çəkindirmə yoluna həsr edən və dünyasını dəyişən bütün alimlərimizi rəhmətlə yad edirəm.

Bir azdan mükafat alacaq, tilavətləri ilə könüllərimizi oxşayan Qur’an oxuyanları təbrik edirəm. Finala qatılan bütün qariləri, hafizləri və müəllimləri ürəkdən təbrik edirəm.

Artıq 10 yaşını tamamlayan “Qurani-Kərimi Gözəl Oxuma Yarışması”nın daha uzun illər davam etməsini arzulayıram. Bu proqramı uzun illər ərzində geniş auditoriyaya təqdim edən TRT ailəsini və Diyanət İşləri Başqanlığını təbrik edirəm.

Əziz dostlar, hamımız bilirik ki, insan yaddaşı unutqanlıqla zəifdir. Biz bəzən unutsaq da, şükürlər olsun ki, çox şərəfli və bəxtiyar bir millətin üzvüyük.

Kim nə deyirsə desin, biz bunu böyük bir şərəf sayır və bu ümmətin, bu millətin, bu mədəniyyətin bir parçası olmaqla fəxr edirik.

Biz elə bir dəyərlər sistemi miras almışıq ki, burada gözəllik mərkəzi yer tutur. Çünki insanın ən gözəl şəkildə yaradıldığı Quranda bildirilir.

Müsəlmanlar olaraq inanırıq ki, canlı-cansız bütün varlıq aləmi Allah tərəfindən ən yüksək sənətlə yaradılıb. Zümer surəsində buyurulur: “Allah sözün ən gözəlini nazil etmişdir…”

Qurani-Kərim şəfa mənbəyi, mərhəmət vasitəsi, doğru yol göstəricisidir və sözlərin ən gözəlidir.

Hira mağarasında “Oxu” ayəsi ilə başlayan bu ilahi vəhyi həyatımızın hər sahəsinə tətbiq etməyi, Peyğəmbərimizin həyatını və sünnəsini düzgün anlamağı Allah bizə nəsib etsin.

Şair Necip Fazıl Kısakürek-in ifadəsi ilə Qur’an “sonsuz hikmət, nizam və mənalar mənbəyidir” və biz onun mesajını bütün dünyaya çatdırmağa çalışmalıyıq.

Əziz qardaşlarım, İslam dünyası olaraq çətin bir dövrdən keçirik. Yaxın bölgələrimizdə müharibələr, böhranlar və acılar davam edir. Günahsız uşaqlar və müdafiəsiz insanlar həyatını itirir.

Bu faciələrin qarşısını almaq üçün hamımız məsuliyyət daşıyırıq.

Müsəlmanlar olaraq fikir ayrılıqlarının bizi zəiflətməsinə imkan verməməliyik. Tarixi mübahisələri bir kənara qoyaraq bu çətin dövrdə birlik içində olmalıyıq.

Allahın ipindən möhkəm tutmalı, bir-birimizə dəstək olmalı, yaralarımızı birlikdə sağaltmalıyıq. Xüsusilə bu dövrdə həmrəylik və sağlam düşüncə üstün olmalıdır.

Unutmamalıyıq ki, əgər yüz il əvvəl yazılmış qanlı ssenarilərin yenidən həyata keçirilməsinə icazə versək, bunun məsuliyyəti çox ağır olacaq.

İnşallah yaxın gələcəkdə bölgəmizdə sülhün, sevincin və huzurun hakim olduğu bir mühiti birlikdə quracağıq.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az