İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

“Quba Resort” MMC ləğv edilir

“Quba Resort” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv edilir.

Gundelik.az-ın məlumatına görə, bu barədə MMC özü elan edib.

Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1106 Bakı şəhəri, Nərimnaov rayonu, Məmməd Araz küçəsi, ev 25A ünvanına bildirə bilərlər.

Eyni zamanda “Quba Resort” MMC ilə eyni hüquqi ünvana malik “Guba Golf Club” MMC də ləğv edildiyini elan edib.

Qeyd edək ki, “Quba Resort” MMC 21013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Anar İkram oğludur.