Qazaxıstan 2025-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 1,3 milyon ton neft tədarük edib.
Gundelik.az xəbər verir ki, bu barədə Qazaxıstanın “GazMunayGas” neft-qaz şirkətinin mətbuat xidməti məlumat yayıb.
“Aktau limanından Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə Qazaxıstan neftinin tədarükü ümumilikdə 1,3 milyon ton təşkil edib. 2026-cı il üçün gözlənilən həcm 1,6 milyon tona qədərdir”, – məlumatda deyilir.
Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ildə Bakı-Tbilisi-Ceyhan marşrutu ilə təxminən 1,4 milyon ton Qazaxıstan nefti nəql edilib.
