Qətər Prezidenti Donald Trampa Hərbi Hava Qüvvələrinin sıralarında yer ala biləcək bir təyyarə vermək istəyir.
Gundelik.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolin Levit bildirib.
Levit brifinqdə deyib: “Qətər hökuməti nəzakətlə təyyarəni Müdafiə Nazirliyinə hədiyyə etməyi təklif edib. Bunun hüquqi təfərrüatları hələ də işlənir”.
O əlavə edib ki, Qətər hökumətinin bu hədiyyə müqabilində nəsə tələb edə biləcəyindən narahat olmağa dəyməz.
Daha əvvəl Nümayəndələr Palatasının Nəzarət Komitəsinin yüksək səviyyəli demokratı Ceymi Raskin bildirmişdi ki, ABŞ Prezidenti Donald Trampın Qətərdən hədiyyə olaraq lüks “Boeing 747-8” təyyarəsi alması üçün ABŞ Konqresindən icazə alınmalıdır.
ABC telekanalının məlumatına görə, Tramp prezidentliyi dövründə “Boeing 747-8” təyyarəsini “Air Force One” kimi istifadə etməyi və sonra onu prezidentlik kitabxanasına bağışlamağı planlaşdırır.
Gundelik.az
