İyul 31, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Qəbələ yarımstansiyası 21,3 milyon manata yenidən qurulacaq

Qəbələ yarımstansiyasının yenidən qurulması işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Bu barədə Gundelik.az “Azərenerji” ASC-dən məlumat əldə edib.

Belə ki, mövcud 220/10/10 kV-luq Qəbələ YS-nı 220/110/10 kV-luq YS-ya keçirməklə yenidən qurulması işləri aparılması nəzərdə tutulub.

Məlumata görə, yenidən qurma işlərini “Azconstruction” şirkəti həyata keçirəcək.

Bu işlərə 21 280 660 manat vəsait sərf olunacaq.