Gundelik.az Xəbərlər İqtisadiyyat Qəbələ yarımstansiyası 21,3 milyon manata yenidən qurulacaq
İqtisadiyyat Xəbərlər

Qəbələ yarımstansiyası 21,3 milyon manata yenidən qurulacaq

Qəbələ yarımstansiyasının yenidən qurulması işlərinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Bu barədə Gundelik.az “Azərenerji” ASC-dən məlumat əldə edib.

Belə ki, mövcud 220/10/10 kV-luq Qəbələ YS-nı 220/110/10 kV-luq YS-ya keçirməklə yenidən qurulması işləri aparılması nəzərdə tutulub.

Məlumata görə, yenidən qurma işlərini “Azconstruction” şirkəti həyata keçirəcək.

Bu işlərə 21 280 660 manat vəsait sərf olunacaq.

Exit mobile version