Bu gün 24 aprel 2011-ci ildə BMT-nin qərarı ilə təsis olunmuşdur. Bütün planetin marağında olan Beynəlxalq Dostluq Günü əsasən zorakılığa qarşı olmaqla, mədəniyyətlərin dostluğunu nümayiş etdirir. BMT-nin Baş Məclisi Paraqvayın təşəbbüsü ilə iyulun 30-nu Beynəlxalq Dostluq Günü elan etmişdir. Baş Məclis qurumun üzvü olan ölkələrə bu nəcib təşəbbüsü fəal təbliğ etməyi tövsiyə etmişdir. Bu münasibətlə Baş Məclis tərəfindən yekdilliklə qəbul edilmiş qətnamədə bütün dünya insanlarının ən nəcib və misilsiz hisslərinin təzahürü olan dostluğun aktuallığı və böyük əhəmiyyəti
vurğulanmışdır.
Baş Məclis qurumun üzvü olan ölkələrə Beynəlxalq Dostluq Gününü öz adət- ənənələrinə uyğun qeyd etməyi məsləhət görmüşdür.
Gundelik.az

