Gundelik.az Dünya Prezident Ərdoğan ABŞ prezidenti ilə görüşdü
Dünya Xəbərlər

Prezident Ərdoğan ABŞ prezidenti ilə görüşdü

Prezident aparatının Kommunikasiya İdarəsinin sosial media hesabında paylaşılan paylaşıma görə, görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan bölgənin münaqişə zomasında atəşkəsin uzadılması qərarını müsbət bir inkişaf kimi qiymətləndirdiyini, mübahisəli məsələlərin ağlabatan həllinin mümkün olduğunu inandığını və konstruktiv təşəbbüslərlə dəsdəyin davam edəcəyini bildirib.

Ərdoğan Suriyada sabitliyin bərqərar olmasının bütün region üçün əhəmiyyətli bir qazanc olduğunu vurğulayaraq, Türkiyənin Suriyaya dəstəyinin fasiləsiz davam edəcəyini və Livandakı vəziyyətin pisləşməsinin qarşısını almaq üçün tədbirlər görülməli olduğunu əlavə edib.

Ərdoğan NATO-nun Ankara Zirvə Görüşünə hazırlıqların davam etdiyini bildirib və Zirvə görüşünün hər cəhətdən uğurla keçməsi üçün maksimum səy gösdəriləcəyini vurğulayıb.

O, ABŞ Prezidenti Trampa bir gün əvvəl San Dieqoda məscidə edilən dəhşətli hücumla balı baş sağlığı verib və Türkiyənin hədəf alınan dini qrupdan asılı olmayaraq bu cür nifrət cinayətlərinə qarşı çıxdığını bildirib.

Tərtib edən: Cəfərova Kəmalə

İstinad: CNN

Gundelik.az

Exit mobile version