Yunanıstanın müdafiə Naziri Nikos Dendias dünən qatıldığı konfransda Türkiyə-nin müdafiə sənayəsindəki naliyyətləri ilə bağlı diqqətəlayiq açıqlamalar verib. Dendias “Birinci Dünya Müharibəsindən sonra Yunanıstan” başlığı altında təşkil edilən tədbirdə “Beynəlxalq Çərçivənin və Yunanıstan Gündəminin Sökülməsi” adlı sessiyada jurnalistlərin suallarını cavablandırıb.
Tədbir zamanı bir jurnalist Türkiyənin aparıcı Avropa müdafiə şirkətləri ilə qurduğu münasibətlərlə diqqət çəkərək soruşdu: “Türkiyə bir çox böyük Avropa ölkəsinin müdafiə sənayesi ilə çox sıx əməkdaşlıq edir. Tutaq ki, Türkiyə və əsas Avropa ölkələri danışıqlar aparır və yaxınlaşır. Bu arada Yunanıstan müəyyən mənada ortada ilişib qalıb və Avropa qurumları ilə Türkiyə arasında narahat vasitəçi kimi çıxış edir. Belə bir vəziyyət sizi narahat edirmi?”
Sualın cavabında Dendias Avropa ölkələri və Yunanıstan arasında sıx münasibətləri vurğulayaraq, Türkiyənin müdafiə sektorundaki naliyyətləri görməzdən gəlməməli olduğunu qeyd etdi. Yunanıstanlı nazir bildirib: “Bu baxımdan bəzi şeyləri fərqləndirməliyik. Türkiyənin son illərdə əhəmiyyətli istehsal gücünə sahib olduğunu etiraf etməliyik və bu, bütün təriflərə layiqdir. O, yeni texnologiyaların erkən tanınmasını təmin etdi. Bir çox ölkənin pilotsuz uçuş aparatlarının nə olduğunu belə bilmədiyi bir vaxtda PUA istehsalını müəyyən bir səviyyəyə çatdırdı. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə və Afrikada bir çox ölkəyə satış edərək əhəmiyyətli ixrac gücü yaratdı. Bu səylə diplomatik təsir də yaratdı.”
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az

