İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Polşa “Sülh Şurası”na qoşulmaqdan imtina etdi

Polşa ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası”na qoşulmaqdan imtina edib.

Gundelik.az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk bunu Nazirlər Kabinetinin iclasından əvvəl açıqlayıb.

“Mövcud şəraitdə, Şuranın prinsipləri, statusu və Qəzza zolağının yenidən qurulması ilə bağlı yaxın məqsədlər nəzərə alınmaqla, Polşa Sülh Şurasının işinə qoşulmayacaq”, – deyə nazir qeyd edib.

Tusk respublika hakimiyyətinin “Sülh Şurası” ilə bağlı vəziyyəti təhlil etməyə davam edəcəyini vurğulayıb və vəziyyət dəyişərsə, onun işinə qoşulma ehtimalını istisna etməyib.