Meksikada pilot romb formasında olan sirli naməlum uçan obyektin (UNO) videosunu çəkib.
Gundelik.az xəbər verir ki, bu barədə What’s The Jam yazır.
Qəribə, romb formalı UNO-nun görüntüsünü Extraterrestre ləqəbi ilə tanınan ufoloq sosial şəbəkədəki səhifəsində yayımlayıb. O bildirib ki, videonu anonim qalmaq şərti ilə Meksika aviaşirkətlərindən birinin pilotu ona göndərib. Kadra buludların altında yüksəkdə uçan obyekt düşüb.
Meksikanın rəsmi aviasiya qurumları hələlik video ilə bağlı açıqlama verməyib. Extraterrestre-nin izləyiciləri isə görüntüyə müəyyən qədər şübhə ilə yanaşıblar. Bir çoxları pilotun qeyri-adi formada olan meteoroloji şar və ya pilotsuz uçuş aparatı çəkdiyini yazıb.
Daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş “SEAL” döyüşçüsü Robert O’Neill beynəlxalq terrorçu Üsamə bin Ladenin öldürülməsində iştirak etdiyini iddia edən şəxs naməlum uçan obyektlərin sirrini açdığını bildirib. Onun fikrincə, bunlar amerikalı alimlərin hazırladığı məxfi texnologiyalardır.
Nurəddin Abdullayev
Gundelik.az

