Gundelik.az Ölkə Bakı Metropolitenində iş saatı DƏYİŞDİRİLİR
Ölkə Xəbərlər

Bakı Metropolitenində iş saatı DƏYİŞDİRİLİR

Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropolitenində iş qrafiki dəyişdiriləcək.

Gundelik.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, sentyabrın 24-dən 26-dək 3 stansiya – “İçərişəhər”, “Sahil” və “28 May” gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Ayın 24-dən 25-nə və 25-dən 26-na keçən gecə qeyd edilən 3 stansiya saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

“Yaşıl” və “bənövşəyi xət”lər üzrə hərəkət ənənəvi qaydada təşkil ediləcək, həmçinin “qırmızı xət”tin digər stansiyaları saat 00:00-da bağlanacaq.

Exit mobile version