Perunun paytaxtı Limadakı Xorxe Çaves Beynəlxalq Hava Limanında radarda yaranan problem səbəbindən limanında fəaliyyətində fasilələr yarqnıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə hava nəqliyyatını idarə edən dövlət şirkəti “Corpac” açıqlamasında nasazlıq səbəbindən təhlükəsizlik protokollarının işə salındığını və ölkə daxilindəki bütün hava limanlarından uçuşların müvəqqəti dayandırılmasının tələb edildiyini bildirib.
Nəticədə daxili və beynəlxalq uçuşlarda ciddi gecikmələr qaçılmaz olub.
Yerli KİV-in məlumatına görə, təxminən 62 dəqiqə davam edən fasilə 17-si daxili, 3-ü beynəlxalq olmaqla, ümumilikdə 20 uçuşa təsir edib.
Yerli vaxtla saat 15:35-də radar sisteminin yenidən işə salındığı və uçuşların bərpa olunduğu bildirilib.
Gundelik.az

