Gundelik.az Dünya Hindistan Pakistanla münaqişə səbəbindən fəaliyyətini dayandırmış 30-dan çox hava limanını yenidən açıb
Dünya Xəbərlər

Hindistan Pakistanla münaqişə səbəbindən fəaliyyətini dayandırmış 30-dan çox hava limanını yenidən açıb

Hindistan Pakistanla artan münaqişə səbəbindən ölkənin şimal və qərbində bağlanmış 32 hava limanını yenidən açıb.

Gundelik.az xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.

“Hindistan Hava Limanları İdarəsi və müvafiq aviasiya orqanları hava işçilərinə Hindistan və Pakistan arasında gərginliyin artması fonunda ölkənin şimal və qərb bölgələrində mülki uçuşlar üçün bağlanan 32 hava limanını yenidən açmaq üçün bildiriş göndərib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, pilotlara Hindistan Hərbi Hava Qüvvələrinin göstərişlərinə əsasən məlumat verilib.

Mayın 9-da Hindistanın 32 hava limanının fəaliyyətini dayandırıldığı bildirilmişdi.

Mayın 10-na keçən gecə Pakistan Hindistana qarşı Bunyan-um-Marsus (ərəb dilindən tərcümədə “Güclü Divar” kimi tərcümə olunur) adlı hərbi əməliyyata başlayıb və bunun Yeni Dehlinin son zərbələrinə cavab olduğunu iddia edib.

Hindistan tərəfi üç gün əvvəl Pakistandakı “terror infrastrukturuna” qarşı əməliyyata başlayıb. İslamabadın hədəfləri Hindistanın Cammu və Kəşmir əyalətlərindəki Udhampur və Pathankot hava bazaları və Pəncabdakı raket obyektləri olub. Bu, iki nüvə dövləti arasında onilliklərin ən böyük eskalasiyasıdır.

Gərginlik aprelin 22-də Hindistanın nəzarətində olan Kəşmirin Pahalqam rayonunda terror aktı törədildikdən sonra başlayıb. Hindistan hadisəyə görə Pakistan kəşfiyyatını günahlandırıb. Pakistan tərfi isə bu ittihamları rədd edib.

Gundelik.az

Exit mobile version