İranın Gilan əyalətindəki hava limanının təxminən bir aydan sonra yenidən xarici reyslər üçün açıldığı bildirilir.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Gilan Hava Limanının baş direktoru Muhsin Mir Hosseini Gilandakı “Serdar Cangal” hava limanının beynəlxalq uçuşları yerinə yetirmək üçün lazımi infrastruktur və standartlara malik olduğunu və ilk uçuşun dünən Bağdada həyata keçirildiyini açıqlayıb.
“Gilan hava limanında xarici uçuşlar münaqişədən sonra normallaşıb”, – Hüseyni bildirib.
İran rəsmisi bildirib ki, yaxın vaxtlarda Gilandan Rusiyanın Həştərxan şəhərinə müntəzəm reyslər açılacaq.
Gundelik.az

