Gundelik.az Xəbərlər Aktual Damaq dadınızı dəyişəcək unikal MƏKAN: “Street Wok” təqdim olundu – FOTO/VİDEO
Aktual Ölkə Xəbərlər

Damaq dadınızı dəyişəcək unikal MƏKAN: “Street Wok” təqdim olundu – FOTO/VİDEO

Screenshot

Bakının ləziz təamları sırasına yeni bir ad daxil olub: “Street Wok”

Paytaxtın Bəşir Səfəroğlu küçəsində, Nizami Kinoteatrının yanında yerləşən dadın sərhəd tanımadığı “fast food” məkanı öz qapılarını müştərilərin üzünə açıb.

Yeni iaşə müəssisəsinə üz tutanlar öz ağız dadına uyğun olaraq indiyə qədər dadmadıqları “fast food” yeməklərindən tutmuş 25 çeşiddə şorbaya qədər dada biləcəklər.

Gundelik.az xəbər verir ki, açılışı Azərbaycanın bir sıra tanınmış şou-biznes nümayəndələrinin, bloqer və media mənsublarının iştirakı ilə baş tutan restoranda heç bir yerdə tapmayacağınız xüsusi bir menyu da təklif edilir: pendirli dönərlər və dönərin ən müxtəlif çeşidləri.

“Street Wok”un menyusu o qədər zəngindir ki, say-say bitməz. Belə ki, burada qonaqlara 7 cür Türkiyə dadında tost, 16 adda Biznes Lanç Kombalar, çay+coffee menyuları və nələr-nələr təklif edilir.

“Street Wok”də hətta pəhriz saxlayanlar üçün xüsusi dietik yeməklər də xidmətinizdədir.

 

Ən əsası heç bir yerdə görülməyən belə unikal menyudan razı qalmayanlar üçün isə xüsusi bir təklif mövcuddur: xoşlamasanız ödənişi etmədən gedə bilərsiniz!

Ev yeməyi qədər dadlı, küçə ləzzəti qədər modern “Street Wok” sənə verilən mükafatdır! Burada təamlardan bir dəfə dadan növbəti sifarişini edir.

“Street Wok” – burada yemək sadəcə bir seçim deyil, bu, ləzzətin küçədəki şousudur!

Exit mobile version