Pentaqon və Lockheed Martin şirkətləri beşinci nəsil F-35 qırıcılarının təxminən 300 ədədinin tədarükü üçün müqavilə imzalayıblar. Müqavilənin dəyəri 12,5 milyard dollar təşkil edir.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
18-ci və 19-cu partiyaların hər biri 148 təyyarədən ibarət olacaq. Qırıcıların çatdırılması 2026-cı ildə başlayacaq. Lockheed Martin şirkətinin bildirdiyinə görə, təyyarələrin qiymət artımı ABŞ-ın inflyasiya səviyyəsindən aşağı olacaq.
Sentyabr ayında yayılan məlumatlara görə, Anduril şirkəti oktyabrın ortalarında aparıcı F-35 və F-47 qırıcılarının YFQ-44A yarımavtonom qanadlı pilotsuz təyyarəsinin uçuş sınaqlarına hazırlaşır.
Eyni zamanda, ABŞ Hökumətinin Hesabat Ofisinin məlumatına görə, F-35 qırıcısının hazırlanması və təkmilləşdirilməsi proqramı kifayət qədər nəticə vermir.
Gundelik.az
