ABŞ Prezidenti Donald Trumpın China səfəri ikinci günündə davam edir. Tramp, Çin Prezidenti Xi Jinping ilə yenidən görüşüb.
ABŞ prezidenti çinli həmkarı ilə görüşmək üçün Pekində yerləşən Çin hökumətinin mərkəzi qərargahına gedib. Tramp bildirib ki, “Çinlə möhtəşəm ticarət razılaşmaları əldə etdik.”
Çin Xarici İşlər Nazirliyi iki liderin bir sıra yeni anlaşmalar üzrə razılığa gəldiyini açıqlayıb. Trampın bugünkü proqramdan sonra günorta saatlarında Çindən ayrılması gözlənilir.
Liderlərin dünənki görüşündə isə Taiwan böhranı əsas müzakirə mövzusu olub. Mətbuata qapalı keçirilən hissədə Şi Cinpinin Trampa “Tayvan məsələsi düzgün idarə olunmasa, iki ölkə arasında qarşıdurma yarana bilər” dediyi bildirilib.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

