İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Paytaxtda ictimai iaşə dövriyyəsi 10% artıb

Bu ilin yanvar ayında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 117,7 milyon manat olub.

Gundelik.az Bakı Şəhər Statisika İdarəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10 faiz artıb.

Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 91,8 milyon manat olub ki, bu da ümumi dövriyyənin 77,9 faizini təşkil edib.