İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Paşinyan Rusiyaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan gələn həftə Rusiyaya səfər etməyi planlaşdırır.

Gundelik.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ermənistanlı hökumət başçısının adı və soyadı Yekaterinburqda keçiriləcək “İnnoprom” adlı beynəlxalq sənaye sərgisinə dəvət almış spikerlərin siyahısında yer alır.

Paşinyanın iyulun 7-də Rusiyanın Baş naziri Mixail Mişustinlə birlikdə Yekaterinburqa səfər edəcəyi və forumun əsas plenar iclasında iştirak edəcəyi gözlənilir.