Parisdə insanlar bomba təhlükəsi ilə əlaqədar Paris Məhkəməsi kompleksindən təxliyyə edilib.
Gundelik.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri polisdəki mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, naməlum şəxs binanın birinci mərtəbəsinə partlayıcı qurğu qoyulması barədə məlumat verib. Nəticədə yerli vaxtla saat 18:00 radələrində insanlar binadan təxliyyə edilib.
Fransa polisu dərhal əraziyə cəlb olunub, lakin onlar binada şübhəli heç nə aşkar etməyib və heç bir partlayış baş verməyiblər.
Hadisə son üç gündə Fransanın müxtəlif şəhərlərində həbsxanalara edilən silsilə hücumlardan sonra baş verib. Hücumlara xidməti dayanacaqlarda avtomobillərin yandırılması və atışma da daxil olub.
Tulon həbsxanasının qapısında baş verən atışmadan sonra Fransanın ədliyyə naziri Cerald Darmanin hadisəni terror aktı kimi dəyərləndirib.
Fransa Prezidenti Emmanuel Makron günahkarların tapılacağınl, məsuliyyətə cəlb olunacaqlarını və cəzalandırılacaqlarını bildirib.
Gundelik.az
