Oktyabr 12, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu

Pakistanın Kvetta şəhərində hərbi təlim təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində iki pilot həyatını itirib.

Gundelik.az xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, Pakistan Ordu Aviasiyasına məxsus “Muşşak” təlim təyyarəsi günorta saatlarında Navan Killi ərazisində texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.

Qəza zamanı təyyarədə olan mayor və kapitan rütbəli iki pilot həlak olub.