İyul 8, 2026
Baku
Elm və təhsil Xəbərlər

Ötən il dərsdən yayınan 133 şagirdin davamiyyəti bərpa edilib

2025-ci ildə Azərbaycanda 133 şagirdin dərsə davamiyyəti bərpa olunub.

Gundelik.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Dost tv-nin canlı efirində deyib.

Onun sözlərinə görə, “təhsildə sosial iş” xidməti çərçivəsində 1 400 risk qrupunda olan uşaq qiymətləndirilib:

“Onların təhsildən yayınmasının qarşısı alınıb, Bakıda və bölgələrdə ailələrlə birgə iş aparılıb. Ümumilikdə 1100 məktəbi əhatə etmişik”.

Gundelik.az

Zümrüd Əsədova