İyul 8, 2026
Baku
Ədəbiyyat Xəbərlər

Ölkəmizdə və dünyada özünü karlığa və korluğa vuranlar eşitsin — bu sözlər sizədir!

Bilin və agah olun: mənim və mənim kimi düşünənlərin dərdi nə Amerika, nə İsrail, nə də İrandır.
Bizim dərdimiz Güney Azərbaycandır — ana Vətən Azərbaycanın böyük bir hissəsində yaşayan 40 milyondan çox soydaşımızdır.
Bu gün baş verən məlum müharibə nəticəsində həmin soydaşlarımız əzab çəkir. Evlərinin başına bombalar yağır, uşaq, qoca, qadın, gənc demədən dinc insanlar həyatını itirir.
Eyni zamanda minlərlə güneyli azərbaycanlı gənc hərbi forma geyinərək İranın fars-molla rejiminin ordusunda xidmət edir və bu dövlət üçün həyatını itirir. Amma həmin rejim bir dənə də olsun — simvolik belə olsa — ana dilində, türk dilində məktəb açılmasına icazə vermir.
Bu barədə çox şey demək olar. Amma qısaca desək:
Bəlkə bu gün əlimiz onlara çatmır, amma ürəyimiz hər zaman bacı və qardaşlarımızla birlikdə döyünür.
Güney Azərbaycan bu gün türklüyün şahlanışının, milli ruhunun və enerjisinin ən güclü qaynaqlarından biridir.
Uca Tanrı soydaşlarımızı qorusun!
“Dialoq və İnkişaf Naminə İctimai Birliyin (DİNİB) sədri Çingiz Bayramov
Gundelik.az